Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub
Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Murat Nurtleu "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması xəbərini böyük kədər hissi ilə qarşıladıqlarını qeyd edib.
Qazaxıstan naziri qəza nəticəsində həlak olanların ailələrinə, dost və qardaş Azərbaycan xalqına, dərin hüznlə başsağlığı verib. Qəzanın ilk anlarından Qazaxıstan fövqəladə hallar qurumlarının tam səfərbər olduğu və qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdikləri diqqətə çatdırılıb. Qəzanın səbəblərinin araşdırılması istiqamətində istintaq qrupu yaradıldığı və müvafiq tədbirlər görüldüyü bildirilib.
Ceyhun Bayramov qazaxıstanlı həmkarına başsağlığı diləklərinə görə təşəkkür edib, öz növbəsində həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə, dost və qardaş Qazaxıstana başsağlığı verib. Göstərilən dəstəyə görə minnətdarlıq bildirilib.
Qeyd edək ki, hadisə nəticəsinə 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Azərbaycan və Gürcüstan XİN başçıları arasında telefon danışığı olub
- Özbəkistan XİN rəhbəri Ceyhun Bayramova zəng edib
- Azərbaycanla Serbiya arasında mövcud strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub
- Əli Əsədov Qahirədə Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada iştirak edib
- Azərbaycan 2024-2026-cı illər üzrə AQEM-ə Sədrlik edəcək