Noyabrın 4-də Rusiya və Azərbaycanın hökumət başçıları Mixail Mişustin və Əli Əsədov telefon danışığında Rusiya-Azərbaycan ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Nazirlər Kabinetinin saytında məlumat verilib.
Hökumətin məlumatına görə, sənaye və nəqliyyat infrastrukturu sahəsində birgə layihələrə xüsusi diqqət yetirilib.