Mayın 14-də Bakıda Azərbaycan-Vyetnam biznes forumu keçirilib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq biznes forumda iştirak ediblər.
Dövlət başçıları forumda çıxış ediblər.
Biznes forumda Azərbaycandan və Vyetnamda rəsmi şəxslərlə yanaşı, neft-qaz, enerji, tikinti, İKT, maliyyə və bank, kənd təsərrüfatı, sənaye, ticarət, xidmət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 170-ə yaxın iş adamı iştirak edib.
Tədbir çərçivəsində Azərbaycan və Vyetnam iş adamları arasında ikitərəfli görüşlər keçirilib.