Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan XİN ABŞ-yə başsağlığı verdi
Azərbaycanın Xarici İşlər Nazirliyi Kaliforniyada baş verən meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökumətinə və xalqına başsağlığı verib.
Oxu.Az xəbər verir ki, nazirlik bu barədə "X" hesabında paylaşım edib.
"ABŞ-nin Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərindən kədərləndirir. ABŞ hökumətinə və xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını arzu edirik", - paylaşımda deyilir.
We are deeply saddened by widespread devastation caused by the wildfires in California, United States.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 11, 2025
We express heartfelt condolences to the government and people of the United States, and to the families of the victims.
We wish for a speedy recovery for all the injured and…