Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan XİN başçısı Avropa Şurasının baş katibi ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Avropa Şurasının (AŞ) baş katibi Alen Berse ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Ceyhun Bayramov AŞ-nin fəaliyyəti çərçivəsində bir çox məsələlərdə Azərbaycanın mövqeyinə diqqət çəkib.
Bundan başqa, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycana qarşı qərəzli münasibətdən narahatlıq ifadə olunub ki, bu da bütövlükdə Avropa Şurasının imicinə və nüfuzuna böyük xələl gətirir.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Qazaxıstan prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib
- Ceyhun Bayramov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru ilə görüşüb
- Azərbaycan və Qazaxıstan XİN başçıları arasında geniş tərkibdə görüş keçirilib
- Ceyhun Bayramov Qazaxıstanda rəsmi səfərdədir
- Azərbaycan və Gürcüstan XİN başçıları regional məsələləri müzakirə ediblər