Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "Belemə gedən "COP30" yolu: "COP29"un nəticələri və gələcəyə baxış" adlı panel müzakirələrində iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
"Deloitte" şirkəti tərəfindən təşkil olunan müzakirələr Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
"Bakıda qəbul edilmiş və Bakı İqlim Alyansının himayəsi altında təsdiq edilmiş əsas qərarlar, COP29 ərəfəsində mürəkkəb geosiyasi mühit fonunda iqlim danışıqları tarixində uğurlu dönüş nöqtəsi olub. Növbəti addımda biz COP30-un uğurla keçirilməsi üçün braziliyalı həmkarlarımızı dəstəkləməyə və onlarla əməkdaşlıq etməyə hazırıq", - deyə Yalçın Rəfiyev vurğulayıb.
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində @Deloitte şirkətinin təşkilatçılığı ilə keçirilmiş “COP30 Belemə gedən yol: COP29-un yekunları və gələcəyə baxış” mövzusunda panel müzakirələrə töhfə verməkdən məmnun oldum. #COP29 ərəfəsində mövcud olan mürəkkəb geosiyasi mühit… pic.twitter.com/3oZ7BI7tTM
— Yalchin Rafiyev (@YalchinRafiyev) February 16, 2025
"COP29" teqi üzrə xəbərlər
- Erməni jurnalist: "Koçaryanı, Sarqsyanı və Ohanyanı Bakıda hakim qarşısına çıxarmaq lazımdır"
- Yaşıl dünyaya töhfə verənlər: Günəş paneli almaq istəyənlər nələri bilməlidirlər?
- Azərbaycanın BMT-dəki nümayəndəsi: "Sıfır Tullantı təşəbbüsü COP29-da qlobal dəstək qazandı"
- Braziliyanın vitse-prezidenti: "COP29 qlobal əməkdaşlıq üçün yeni perspektivlər açdı"
- Rəsmi Bakıdan Ararat Mirzoyanın iddialarına CAVAB