Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan XİN-dən Türkiyəyə 15 İyul mesajı
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə qeyd olunan 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə bağlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, XİN-in "X" hesabında edilən paylaşımda deyilir:
"Qardaş Türkiyənin demokratik təsisatlarını və konstitusiya quruluşunu hədəf alan çevriliş cəhdinin qarşısını alarkən canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və minnətdarlıqla anırıq. 15 İyul - Demokratiya və Milli Birlik Gününüz mübarək".
Qardaş Türkiyənin demokratik təsisatlarını və konstitusiya quruluşunu hədəf alan çevriliş cəhdinin qarşısını alarkən canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və minnətdarlıqla anırıq.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) July 15, 2024
15 iyul - Demokratiya və Milli Birlik Gününüz mübarək!@TC_Disisleri pic.twitter.com/VhJHcXGFLA