Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) qatar toqquşması faciəsi ilə bağlı İspaniyaya başsağlığı verib.
Oxu.Az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"İspaniyanın Kordova şəhərində baş verən və çox sayda insanın həyatına son qoyan, yaralanmalara səbəb olan faciəli qatar toqquşması xəbərindən dərindən kədərlənirik.
Həlak olanların ailələrinə və İspaniya xalqına ürəkdən başsağlığı veririk. Yaralılara tezliklə sağalmağı arzu edirik", - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, İspaniyada relsdən çıxan vaqon paytaxt Madriddən Huelvaya gedən digər qatarın vaqonu ilə toqquşub. Nəticədə ölənlərin sayı 39-a çatıb.
We are deeply saddened by the news of the tragic train collision in Córdoba, #Spain, which claimed many lives and caused injuries.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 19, 2026
We extend our heartfelt condolences to the families of the victims and to the people of Spain. We wish a speedy recovery to the injured.@SpainMFA