Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan XİN Yaponiyaya başsağlığı verib - FOTO
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyaya başsağlığı verib.
Bununla bağlı XİN-in “X” hesabında paylaşım edilib.
“Yaponiyanın Noto yarımadasında baş verən zəlzələ nəticəsində qeydə alınan insan itkiləri və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik”, - paylaşımda qeyd olunur.
Qeyd edək ki, Yaponiyada yanvarın 1-dən etibarən silsilə zəlzələlər qeydə alınır. Yaponiyanın rəsmi qurumlarının yaydığı son məlumata əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı 126-ya çatıb, azı 516 nəfər isə yaralanıb.
We are deeply saddened by the loss of lives and damage caused by the Noto Peninsula Earthquake in #Japan.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 6, 2024
We extend heartfelt condolences to the families and friends who have lost loved ones in this disaster, and wish speedy recovery to the injured.@MofaJapan_en