Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda 2030-cu ilədək məktəb avtobuslarından istifadə təmin olunacaq
Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə məktəb avtobuslarından istifadə təşkil ediləcək.
Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Dövlət Proqramına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə 2025-2030-cu illərdə ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların daşınması üçün məktəb avtobuslarından istifadə olunmasını təmin etməlidir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Sumqayıtda ƏMƏLİYYAT - 14 kiloqram narkotikin dövriyyəyə buraxılmasının qarşısı alındı
- Yeni sosial islahat paketi: Azərbaycanın növbəti uğuru
- Lənkəranda baş verən dəhşətli qəzada xəsarət alanların son durumu AÇIQLANDI
- Bakıda polisə silahlı müqavimət göstərən şəxs ZƏRƏRSİZLƏŞDİRİLDİ, xəstəxanaya yerləşdirildi
- DİN-dən süni intellektlə bağlı XƏBƏRDARLIQ