"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisinə 125 dairə üzrə 1200-ə yaxın şəxs namizəd olmaq üçün müraciət edib:
"Onların çoxu artıq təsdiq olunub, 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".
MSK sədri həmçinin 950-ə yaxın müşahidəçinin qeydə alındığını da söyləyib:
"26 siyasi partiyanın 25-i seçkidə iştirak edir. Onların 600 nəfərə yaxın çox səlahiyyətli nümayəndəsi qeydə alınıb".
Daha çox foto burada: PhotoStock.az