Azərbaycanda akkreditə olunmuş diplomatların, o cümlədən hərbi attaşelərin və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Həkəri çayı sahilində gəzintiyə çıxıb.
Oxu.Az xəbər verir ki, nümayəndə heyəti yerli flora və fauna, həmçinin Laçın rayonunun təbii landşaftları ilə tanış olub.
Bundan başqa, nümayəndələr işğal zamanı ekosistemin pozulması nəticəsində zərər çəkmiş çay faunasını zənginləşdirmək və balıq ehtiyatlarını bərpa etmək məqsədilə Həkəri çayına balıq körpələri buraxıblar.



Daha çox foto burada: PhotoStock.az
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlardan, hərbi attaşelərdən və ölkədəki beynəlxalq təşkilatların nümayəndələrindən ibarət nümayəndə heyəti Laçın şəhərində "Gilabi Ceramics" istehsalat mərkəzini ziyarət edib.
Oxu.Az xəbər verir ki, istehsalat mərkəzini ziyarət edən Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayon alış-veriş də edib.
Fransanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayon Laçında alış-veriş edib #Fransasəfiri pic.twitter.com/sOXgpUF3TW
— Oxu.Az (@oxuaz) June 20, 2025
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlardan, hərbi attaşelərdən və ölkədəki beynəlxalq təşkilatların nümayəndələrindən ibarət nümayəndə heyəti Laçında Seyrangahda olublar.
Oxu.Az-ın məlumatına görə, qonaqlar buradan açılan gözəl mənzərəni seyr ediblər.
Azərbaycanda akkreditə olunmuş diplomatlar Laçın kinoklubunu ziyarət ediblər#Laçın pic.twitter.com/Rc6e1TWhzx
— Oxu.Az (@oxuaz) June 20, 2025





Azərbaycanda akkreditə olunmuş xarici diplomatlardan, hərbi attaşelərdən və ölkədəki beynəlxalq təşkilatların nümayəndələrindən ibarət nümayəndə heyəti Laçın kinoklubunu ziyarət edib.
Oxu.Az-ın məlumatına görə, qonaqlar "Lacinema" kino mərkəzində Laçın rayonu ilə bağlı video-çarxın təqdimatında da iştirak ediblər.
Nümayəndə heyəti kinoklubla yanaşı, Laçın şəhərinin müasir infrastrukturu ilə də tanış olublar.
Azərbaycanda akkreditə olunmuş diplomatlar Laçın kinoklubunu ziyarət ediblər#Laçın pic.twitter.com/Rc6e1TWhzx
— Oxu.Az (@oxuaz) June 20, 2025








Azərbaycanda akkreditə olunmuş xarici diplomatlardan, hərbi attaşelərdən və ölkədəki beynəlxalq təşkilatların nümayəndələrindən ibarət heyət Laçındakı "Yurd" sərgi mərkəzini ziyarət edib.
Oxu.Az xəbər verir ki, iştirakçılar Azərbaycan mədəniyyətinin elementlərini əks etdirən ekspozisiyalarla tanış olublar.
İştirakçılar mərkəzdə xalça toxunması prosesi ilə əyani tanış olublar.
Azərbaycanda akkreditə olunmuş diplomatlar Laçında xalça toxuyublar#Laçın pic.twitter.com/GoeOn8w40a
— Oxu.Az (@oxuaz) June 20, 2025






Azərbaycanda akkreditə olunmuş diplomatlar, attaşelər və hərbi rəhbərlərdən ibarət nümayəndə heyəti Laçında "Hoçazfilm" kinostudiyasını ziyarət edib.
Oxu.Az xəbər verir ki, azad edilmiş ərazilərə səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan kinematoqrafiyasının dekorasiyaları və istehsal prosesi ilə tanış olub.
Diplomatik korpus nümayəndələrinin Laçın rayonuna səfəri çərçivəsində “Hoçazfilm” yaradıcılıq mərkəzinə baxış keçirilib pic.twitter.com/viw3UTblas
— Oxu.Az (@oxuaz) June 20, 2025







Azərbaycanda akkreditə olunmuş diplomatların, o cümlədən hərbi attaşelərin və beynəlxalq təşkilatların rəhbərlərinin Laçına səfəri başlayıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, diplomatik korpus nümayəndələrini daşıyan təyyarə səhər saatlarında Laçın Beynəlxalq Hava Limanın eniş edib.
Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər Laçında aparılan bərpa işləri ilə əyani tanış olmaq imkanı əldə edəcəklər.
Daha çox foto burada: PhotoStock.az