Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda bələdiyyələrin bir səlahiyyəti ləğv edildi
Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb.
Sənədə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərti ilə bazar məzənnələri nəzərə alınmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq müəyyən ediləcək.
Bu dəyişikliyə qədər qiyməti yerli özünü idarəetmə orqanları müstəqil şəkildə müəyyən edirdi.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasında
- Rusiya mətbuatı Prezident İlham Əliyevin Çinə səfərindən yazıb
- "Vətənpərvər gənclik parlaq gələcəyimizin təminatıdır" mövzusunda tədbir keçirilib
- İqtisadi-ticari əlaqələrin inkişafına dair Azərbaycan-Çin sənədləri imzalanıb
- Ciddi perspektivlər vəd edən geosiyasi hadisə: Azərbaycan-Çin əməkdaşlığının əhəmiyyəti