Nazilər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun adının dəyişdirilməsi və bununla əlaqədar bəzi qərarlarında dəyişiklik edilməsi haqqında qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, institut bundan sonra Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu adlandırılacaq.