Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda Dövlət İnvestisiya Proqramının tərtibi qaydaları yeniləndi
Prezident İlham Əliyev Dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
President.az xəbər verir ki, fərmana əsasən, "Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları" yenilənib.
Nazirlər Kabineti Proqrama daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi qaydasını iki ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi Qaydalarda qeyd olunan formaları iki ay müddətində təsdiq etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Yeni qaydalar 2025-ci il aprelin 1-nə qədər tərtib olunmuş investisiya layihələrinə və onların qiymətləndirilməsinə şamil edilmir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti sosial şəbəkə hesabında Ağdama səfərindən görüntülər paylaşıb
- İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub
- İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub
- Prezident Ağdamda körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olub
- Prezident Ağdamda ikinci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub