Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə dəyişib
Prezident İlham Əliyev "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib.
Oxu.Az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra sınaq müddəti müəyyən edilmiş şəxslər gömrük orqanlarında müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaqlar və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaqlar.
Bundan başqa, gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilməyəcək, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul edəcəklər.
Eyni zamanda, gömrük orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti araşdırma nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanacaq.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib
- Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər dünya mediasının diqqət mərkəzində
- Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək
- Akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndiriləcək
- Öz arzusu ilə işdən çıxan ədliyyə işçisinə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək