Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Baku TV-nin rəhbəri: "İnformasiya müharibəsi bitməyib"
"Hərbi müharibə bitsə də, informasiya müharibəsi bitməyib. Bu prosesə böyük qüvvələr cəlb olunub".
Oxu.Az xəbər verir ki, bunu Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" mövzusunda keçirilən konfransda Baku TV-nin direktoru Ramin Cəfərov deyib.
O, bu istiqamətdə rəhbərlik etdiyi Baku TV-nin fəaliyyətindən danışıb:
"Biz beş dildə videomateriallar hazırlayaraq informasiya müharibəsinə öz töhfəmizi veririk. Lakin informasiya müharibəsinin təməlini Prezident İlham Əliyev qoyub. O, beynəlxalq KİV-ə verdiyi müsahibələrlə, Şuşada keçirilən media forumu ilə media nümayəndələrinə böyük dəstək olub. Cənab Prezidentin Şuşa Qlobal Media Forumunda altı saat dayanmadan müxtəlif dillərdə jurnalistlərə cavab verməsindən ilhamlanaraq düşündük ki, nəinki dünya azərbaycanlılarına Azərbaycan dilində məlumat ötürək, ingilis, rus, fransız və erməni dillərində də videomateriallar hazırlayaq".
"Lakin hər şey bununla bitmir, çünki bizim həyatımıza artıq rəqəmsal jurnalistika daxil olub. Əvvəllər biz canlı yayım sözünü ənənəvi televiziyalarda görürdüksə, indi sosial şəbəkələrdə istənilən an canlı yayımlar açılır, bununla feyk xəbərlərə rast gəlmək mümkündür. Bunun üçün biz iki il əvvəl rəqəmsal media məktəbini açdıq. Orada təhsil alan tələbələr sonra bizə qoşulur, mübarizəmizə öz töhfələrini verirlər. Ondan əlavə, Qərb ölkələrindən maliyyələşən media orqanları da diqqətimizdədir. Çalışırıq ki, bütün məlumatları yoxlayaq və şəffaf şəkildə tamaşaçıların qarşısına çıxaraq.
Ən böyük mübarizəni isə ölkə başçısı aparır və çalışır ki, ölkəmiz haqqında məlumatları birinci əldən öyrənsinlər. Bu, dəqiqləşdirilməmiş məlumatlarla mübarizədə mühüm əhəmiyyət daşıyır", - deyə direktor fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident: "Pakistanla birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik"
- Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"
- Şahbaz Şərif: "Azərbaycanla dostluğumuz, siyasi anlaşmamız və vəhdətimiz əfsanəvi olub"
- Azərbaycan Prezidenti: "Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir"