Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxs yaradılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycanda balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bəzi fərmanda və sərəncamlarda dəyişiklik edilməsi haqqında" Fərman imzalayıb.
Mərkəz Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində balıqçılığın, o cümlədən akvakulturanın təşkili, idarəedilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi, mühafizəsi və onlara nəzarət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək.
Mərkəzin nizamnamə fondu 1 milyon manat təşkil edəcək və dövlət büdcəsinin vəsaiti hesabına formalaşacaq.
Nazirlər Kabineti mərkəzin formalaşdırılması və fəaliyyəti ilə bağlı üç ay ərzində təkliflərini Azərbaycan Prezidentinə təqdim etməlidir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Suriya prezidentinə məktub göndərdi
- Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
- Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd olunacaq
- Qərbi Azərbaycan Xronikası: "Hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması zəruridir"
- İlham Əliyev Rüfət Mahmuda yüksək vəzifə verdi