Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda sahibkarlığın yeni forması yaradılır
Milli Məclisin (MM) qarşıdan gələn növbəti - 2018-ci il payız sessiyasında iqtisadi sektor, sahibkarlıq fəaliyyəti ilə bağlı mühüm qanunların qəbulu və ya mövcuq qanunlara ciddi dəyikliklərin edilməsi nəzərdə tutulur.
Bu haqda Oxu.Az-a professor, MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev məlumat verib.
Onun sözlərinə görə, sessiyada xüsusilə ölkədə prioritet sahələrdən sayılan sahibkarlıq fəaliyyətinin inkişafı ilə bağlı mühüm sənədlərin qəbulu gözlənilir.
O qeyd edib ki, payız sessiyasında ilk olaraq komitənin, sonra isə plenar iclasın müzakirəsinə təqdim ediləcək yeni qanun layihələrindən biri “Mikrobiznes haqqında” qanun layihəsidir.
“Bildiyiniz kimi, sahibkarlıq fəaliyyəti indiyə kimi iki hissədən ibarət olub: kiçik-orta sahibkarlıq və iri sahibkarlıq. Ancaq yeni qanunla üçüncü sahibkarlıq növü də olacaq, yəni, kiçik sahibkarlıq, mikrobiznes.
Konkret şəkildə qeyd etməli olsaq, kiçik sahibkarlıq orta sahibkarlıqdan ayrı olacaq. Kiçik sahibkarlıq dedikdə isə 9+1 nəzərdə tutulur.
Hesab edirəm ki, bunun özü ölkədə sahibkarlıq fəaliyyətinin daha genişlənməsində və güclənməsində mühüm rol oynayacaq, ölkə iqtisadiyyatına öz önəmli töhfəsini verəcək.
Eyni zamanda, sessiya dövründə iqtisadi sfera ilə bağlı digər mühüm sənədlər olacaq. Çünki iqtisadi sfera ilə bağlı qanunların qəbulu ilk növbədə əhəmiyyət daşıdığı üçün onlara daha çox önəm veriləcək”, - deyə R.Quliyev əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
- Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"