Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılıb
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılıb.
President.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Qeyd edək ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-də bitib.
Yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Ağdərə səfərindən videoçarx paylaşıb
- Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib
- Prezident: "Heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir"
- Prezident: "Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər"
- İlham Əliyev və Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində Novruz tonqalını alovlandırıblar