Azərbaycanda daha bir nəfər prezidentliyə namiuzədliyini verib.
Oxu.Az Avropa.info-ya istinadən xəbər verir ki, sufi şair Əli Hacı prezidentliyə namizəd olub. Əli Hacının namizədliyini “Yeni İslahatçılar” təşəbbüs qrupu irəli sürüb.
Dünya Azərbaycanlıları Konqresi Məşvərət Məclisinin sədr müavini, Hüquqi, İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin direktoru Əli İsa Ağaevli 9 oktyabr Azərbaycan Respublikası Prezident Seçkilərində iştirak edəcək.
Prezidentliyə namizədin sənədləri artıq Mərkəzi Seçki Komissiyasına təqdim edilib. “Yeni İslahatçılar” Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülən Əli İsa Ağaevli Əli Hacı imzası ilə məşhur sufi şairdir.
Qeyd edək ki, sufizm İslam dinindəki təriqətlərdən biridir və daha çox tərki-dünya həyat tərzi keçirməyə səsləyir. Tarixdə ən böyük sufi Allahsızlıqda ittiham olunub dərisi soyulan azərbaycanlı şair İmadəddin Nəsimi olub.