Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov avqustun 20-də marqlı müsahibə verib.
Oxu.Az “Media forum” saytının istinadən xəbər verir ki, Rüstəm İbrahimbəyov Milli Şuranın 19 avqust sessiyasında qəbul olunan seçkiyə ehtiyat namizədlə getmək qərarına münasibət bildirib.
İbrahimbəyov qeyd edib ki o iclasa telefonla qatılıb və çıxış edib:
“Qərarı yaxşı qiymətləndirirəm. Mənim bir təklifim vardı və onu Milli Şura üzvlərinə çatdırdım. Təklifim ondan ibarət idi ki, Milli Şurada təmsil olunan partiyalar, hərəkatlar kimi istəyirsə namizəd irəli sürsün, sonda isə ən şanslı namizədin xeyrinə hamı geri çəkilsin. Çıxışımın sonunda isə dedim ki, baxmayaraq mənim təklifim var, ancaq Milli Şura nə qərar qəbul etsə, ona tabe olacam”.
İndi də hesab edirəm ki, bu, yaxşı təklif idi. Amma mənim üçün əsas və vacib olan Milli Şuranın mövqeyi, qərarıdır. Ona görə də Milli Şuranın sessiyasının qərarını qəbul edirəm. Hesab edirəm ki, ehtiyat namizədin müəyyənləşdirilməsi də düzgün strategiyadır və bunu dəstəkləyirəm. Kimin namizədliyinin təsdiqlənəcəyini gözləyirəm”.
Həmçinin Rüstəm İbrahimbəyov açıqlamasanıda hansı namizədini dəstəkliyidini söyləyib:
“Təbii ki, namizədim var. Yaxın adamlarım namizədimin kim olduğunu bilirlər. Lakin əvvəldən ad çəkmək istəmirəm. Çünki sədrin ad çəkməyi Milli Şura üzvlərinə təzyiq kimi qiymətləndirilə, qəbul oluna bilər. Yavaş-yavaş bütün məsələlər öz axarına düşür, problemlər aradan qalxır.
Bu həftə namizədlə bağlı yekun qərar veriləcək, namizədin kimliyi elan olunacaq. Namizədimiz seçkidə iştirak edəcək. Mənim problemim həll olunsa, namizədliyini geri götürəcək. Əgər problemim həll olunmasa, prezident seçkisində həmin namizədlə iştirak edəcəyik.
Kimi nəzərdə tutduğumu hələlik demək istəmirəm. Bunu nə təsdiq, nə də təkzib edirəm. Dəqiq olan odur ki, namizəd ziyalılardan biri olacaq. Qərar avqustun 19-da verilib, tələsməyin. Cəmil Həsənlinin namizəd olacağına gəlincə, ona böyük hörmətim var. Əgər Milli Şuranın namizədi Cəmil Həsənli olsa, çox sevinərəm”.