Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda təqaüd alan tələbələrin sayı artırılır
Prezident İlham Əliyev ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.
Müvafiq sənədi AZƏRTAC dərc edib.
Sərəncam ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması və təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanların yaradılması məqsədilə imzalanıb.
Sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 (on altı min) vahid artırılacaq və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılacaq.
Nazirlər Kabinetinə tapşırılıb ki, bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həlli ilə bağlı zəruri tədbirləri həyata keçirsin.
Nazirlər Kabineti prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident Şahin Bağırovu təltif etdi
- Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir
- İlham Əliyev Küveytin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
- Prezident İlham Əliyev Litvanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
- RİNN yanında İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə qaydası təsdiqləndi