“Azərbaycanın 2022-ci il üzrə xarici siyasət istiqamətlərindən danışarkən qeyd etməliyik ki, ölkəmiz Prezident İlham Əliyevin başçılığı altında milli maraqlara söykənən siyasətini davam etdirib”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan ikitərəfli münasibətlərə önəm verir.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanla Türkiyə qarşılıqlı strateji müttəfiqlik əsasında bir sıra işlər aparıb.
“Prezident İlham Əliyev 2022-ci ildə Türkiyəyə 3 səfər edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Azərbaycana iki dəfə səfər edib”, - deyə o əlavə edib.
Aqşin Kərimov