Prezident İlham Əliyev Əkrəm Akif oğlu Zeynallı Azərbaycanın Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə sərəncam imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Əkrəm Akif oğlu Zeynallı bundan əvvəl Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
S.B.
www.oxu.az