Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanın Ukraynaya humanitar yardımının növbəti hissəsi yola salınır
Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi 12 fevral 2025-ci il tarixində Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınır.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, sözügedən yardımın təşkili məqsədilə bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb və yardımın birinci hissəsi 7 fevral 2025-ci il tarixində göndərilib.
Adıçəkilən Sərəncam çərçivəsində iki hissədə göndərilmiş humanitar yükə ümumilikdə 52 min metrdən çox elektrik kabeli və naqil, habelə 17 ədəd transformator daxildir. Humanitar yardımlar dörd TIR ilə göndərilir.
Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən avadanlıqlar müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.
Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. Bu günədək elektrik avadanlıqları qismində 134 ədəd transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə təxminən 3.4 milyon metr elektrik kabeli və naqil humanitar yardım kimi Ukraynaya yola salınıb.

Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif
"Ukraynaya yardım paketi" teqi üzrə xəbərlər
- Fransa parlamenti Rusiyaya qarşı qətnamə qəbul etdi
- Polşa XİN: "ABŞ Ukraynaya yardımı dayandırmaq qərarını müttəfiqlərlə məsləhətləşmədən qəbul edib"
- Avropa İttifaqı Kiyevə yeni hərbi yardım paketinin hazırlanmasını dayandırdı
- Ukrayna Ali Radası: "Silah ehtiyatı ölkəyə yarım il bəs edəcək"
- Ursula fon der Lyayen Avropanı yenidən silahlandırmaq üçün 800 milyard avroluq plan təklif etdi