Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanla Rusiya arasında dəniz nəqliyyatı xətti yaradıla bilər
Rusiya və Azərbaycan arasında dəniz nəqliyyatı xətti yaradıla bilər. Bu xətt Olya limanı ilə Həştərxanı Azərbaycandakı limanlardan biri vasitəsilə birləşdirəcək.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.
“Rusiya və Azərbaycan Xəzər dənizində nəqliyyat xəttinin yaradılması barədə düşünürlər”, - diplomat bildirib.
Səfir qeyd edib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması əldə edilən razılaşmaları reallaşdırmağa imkan verir.
2019-cu ildə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin himayəsi altında imzalanmış sənədin müddəalarının yerinə yetirilməsi ilə bağlı yüksək səviyyəli İşçi qrupunun iclasının keçirilməsi planlaşdırılır.