Milli Məclis Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya"nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumunu təsdiq edib.
Oxu.Az xəbər verir ki, layihə Parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Məsələ müzakirələrdən sonra üçüncü oxunuşda təsdiqlənib.
Mərahim Nəsib