Qardaş Türkiyədə baş verən hadisələr təəssüfedicidir və Azərbaycanda narahatlıqla qarşılanır.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Milli Məclis sədrinin müavini, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvü Bahar Muradova Türkiyədə baş verən rüşvət qalmaqalına münasibət bildirərkən deyib.
O söyləyib ki, biz bu məsələlərin qanun çərçivəsində araşdırılmasının və qərar verilməsinin tərəfdarıyıq:
“Əvvəlcədən kiminsə fəaliyyətini şübhə altına alacaq hər hansı bir fikir söyləməyin əleyhinəyik. Çox istəyirik ki, bu hadisələr Türkiyə dövlətinə, xalqına və elitasına xələl gətirməsin. Bu məsələlərin yalnız qanunla araşdırılmasını istəyirik. Mən nə bununla bağlı, nə də Türkiyə ilə bağlı fikir söyləmək istəmirəm. Hazırda araşdırma gedir. Araşdırma başa çatandan sonra hər şey yerini tutacaq.”