Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanlı ekspertlər Ordumuzun antiterror tədbirlərinin məqsədini açıqladılar -VİDEO
“Ermənilər belə hesab edirlər ki, hər zaman verdikləri vədlərdən yayına bilərlər”.
Bunu “Report” İnformasiya Agentliyinin rəhbəri Fuad Hüseynəliyev CBC televiziyasının efirində bildirib.
O, qeyd edib ki, 44 günlük müharibədən sonrakı razılaşmalar Ermənistan tərəfindən yerinə yetirilməyib.
“2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılması razılaşdırılmışdı. Lakin Ermənistan bu dəfədə razılaşmaları icra etməkdən boyun qaçırdı. Həmin dəstələr hələ də oradadırlar. Lokal antiterror tədbirlərinin məqsədi də məhz Ermənistan silahlı qüvvələrinin qalıqlarının Qarabağdan çıxarılmasıdır”, - deyə agentlik rəhbəri bəyan edib.
O, qeyd edib ki, əgər Üçtərəfli Bəyanatın tələbləri vaxtında icra olunsaydı, hazırkı antiterror tədbirlərinə ehtiyac qalmazdı.
Proqramda çıxış edən Media.Az informasiya portalının baş redaktoru Cəmilə Ələkbərova isə vurğulayıb ki, Nikol Paşinyan növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. O, Ermənistanın baş nazirinin ölkəsinin “Qarabağda hərbi münaqişəyə” cəlb edilməməsi ilə bağlı bəyanatını belə şərh edib.
“Erməni tərəfinin davranışı məntiqsizdir. Biz bunu 30 il və daha sonra 10 noyabr 2020-ci ildə Üçtərəfli Saziş imzalanandan sonrakı üç ildə gördük. Onlar bir şeyi deyib, başqa bir şey etməyə öyrəşiblər”, - deyə C.Ələkbərova izah edib.
Daha ətraflı CBC TV-nin materialında:
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyan Ermənistan MTX-nin rəhbərini dəyişmək niyyətindədir: Yerinə kimi təyin edəcək?
- Əziz Ələkbərli: "Qərbi Azərbaycan İcması danışıqlar üçün İrəvana getməyə istənilən vaxt hazırdır"
- Ermənistanın Aİ üzvlüyünün qeyri-müəyyən perspektivləri
- Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır
- Paşinyan yenə sərsəmlədi: "Bu, Ermənistanın siyasi xəritədən silinməsi ilə nəticələnə bilər"