Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bahar Muradova: "COP29 Azərbaycanın dünyanın problemlərinə ciddi yanaşmasının bariz nümunəsidir"
"COP29 Azərbaycanın dünya ölkələrinin, xalqlarının problemlərinə nə qədər ciddi yanaşmasının bariz nümunəsidir. Bu bir həqiqətdir ki, heç bir ölkə belə bir ağır yükün altına girmək istəməz. İstəsə də, bu səviyyədə öhdəsindən gələ bilməzdi".
Bu sözləri Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi bütün tədbirlərdə olduğu kimi burada da yüksək nəticə əldə edəcəyik:
"Bu, hazırda mühitdən də hiss olunur. Azərbaycan hədəfə çatmaq üçün öz üzərinə düşəni yerinə yetirməyə hazır ölkə olduğunu hər zaman sübut edib. Bu ciddi məsələ də yalnız Azərbaycana yox, hamıya lazımdır. Biz qlobal məsələlərə, problemlərə qlobal yanaşma sərgiləyirik. Bizim fəaliyyətimiz bütün insanlıq üçün faydalı və əhəmiyyətlidir".
B.Muradova vurğulayıb ki, iqlim dəyişikliyi, təsirləri xüsusilə bu dəyişiklikləri daha ağırlaşdıran müharibələr, konfliktlər, təbii fəlakətlər vadar etməlidir ki, bu gün bu konvensiyaya üzv olan ölkələr bu vacib məsələlər ətrafında konsensusa gələ bilsinlər, müvafiq qərarlara hə desinlər:
"Bu qərarların yerinə yetirilməsi üçün müvafiq maliyyə ayıra bilsinlər. Azərbaycan bunun üçün çalışır. Konfransın uğurla keçəcəyinə inanıram. Qərarların qəbulundan sonrakı mərhələdə daha yüksək şəkildə bacarığımızı ortaya qoya biləcəyik".
Məhərrəm Əliyev
"Bahar Muradova" teqi üzrə xəbərlər
- Bahar Muradova: "Erkən nikahlarla bağlı problem yaradan bütün məqamları aradan qaldırmışıq"
- Bahar Muradova: "Uşaqlar milli-mənəvi dəyərlərimizin daşıyıcılarıdır"
- Nazirlərlə görüşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Qəbul günləri AÇIQLANDI
- Bahar Muradova: "Azərbaycan ətraf mühitin qorunmasına dair zəruri qanunvericilik bazası hazırlayıb"
- Bahar Muradova: "Qadınlar üçün həssas gender tədbirləri həyata keçirmək prioritetlərdən biridir"