Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Bakı Forumunda Azərbaycan liderinin mədəniyyətlərarası dialoqa töhfəsi yüksək qiymətləndirilib
Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” mövzusunda plenar sessiya keçirilib.
“Report”un xəbərinə görə, plenar iclasda Birləşmiş Millətlər Təşkilatının, UNESCO-nun təmsilçiləri, Azərbaycan, Macarıstan, İndoneziya, Malayziya, Filippin, Sinqapur və s. dövlətlərin təmsilçiləri çıxış ediblər.
Onlar dünyada sülhün və təhlükəsizliyin təmin olunması, münaqişə risklərinin artması, mədəniyyətlərarası dialoq və tolerantlıq prinsipləri haqqında çıxışlar edib, müzakirələr aparıblar.
İştirakçılar bu cür forumun təşəbbüskarı olan Azərbaycana təşəkkür edib, Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqa töhfəsini yüksək qiymətləndiriblər.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Əli Əsədov: "Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənib"
- Baş nazir: "İşğaldan azad edilmiş ərazilərdə 2 615 ailə evlə təmin edilib"
- Prezidentin Mətbuat Xidməti XII Qlobal Bakı Forumundan videoçarx paylaşıb
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
- Prezident İlham Əliyev Rebeka Qrinspanı qəbul edib