Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü keçirilib.
Oxu.Az xəbər verir ki, qlobal tədbirdə İƏT-ə üzv 48 dövlət və 250-dən artıq iştirakçı təmsil olunub.
Görüşün yekununda Azərbaycan Məkkə Konvensiyasına (İƏT çərçivəsində üzv ölkələr arasında korrupsiyaya qarşı mübarizəni və hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığını tənzimləyən strateji və vahid beynəlxalq hüquqi platformadır) qoşulub.
Qeyd edək ki, Azərbaycanla yanaşı tədbir çərçivəsində Tacikistan Respublikası da konvensiyanı imzalayıb.
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü keçirilir.
Oxu.Az xəbər verir ki, qlobal tədbirdə İƏT-ə üzv 48 dövlət və 250-dən artıq iştirakçı təmsil olunur.
İştirakçılar sırasında 30 dövlət qurumunun rəhbərləri, səfirlər, beş beynəlxalq və regional təşkilatın rəhbər və yüksəkvəzifəli nümayəndələri, habelə üç müşahidəçi dövlətin təmsilçiləri yer alırlar.