Bakıda Dənizkənarı Milli Parkda hazırkı Prezident İlham Əliyevə dəstək yürüşü keçirilir.
Oxu.Az xəbər verir ki, yürüşə minlərlə insan qatılıb.
Heydər Əliyev prospektindən başlayan yürüş Dənizkənarı Milli Park istiqamətində davam edir.
Yürüşdə incəsənət xadimləri, tələbə-gənclər təşkilatlarının üzvləri, paytaxt sakinləri iştirak edirlər. Sakinlər müxtəlif rəqslər ifa edirlər. İncəsənət nümayəndələri canlı ifalarını səsləndirirlər.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid