Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda Sahibsiz Heyvanlara Qayğı Mərkəzi YARADILDI
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" publik hüquqi şəxs yaradılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
"Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi və strukturu təsdiq edilib.
Mərkəzin nizamnamə fondu 2 milyon manat təşkil edir və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan əsas vəsaitlər hesabına formalaşır.
Nazirlər Kabinetinə Mərkəzin Nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, strukturunun təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi, Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, Mərkəzin ləğvi və yenidən təşkili həvalə edilir.
Bakı Şəhər İcra Hakimiyyəti Mərkəzin dövlət qeydiyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət etməli və Mərkəz dövlət qeydiyyatına alındığı tarixdən bir gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Həmçinin İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Mərkəzin dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumunun balansında olan dövlət əmlakının Mərkəzin balansına verilməsi üçün zəruri tədbirlər görməli, Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, dövlət büdcəsindən dövlət sifarişi əsasında ayrılacaq məqsədli vəsaitin ödənilməsi üçün Mərkəzlə müqavilə bağlanılmasını təmin etməlidir.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- "Dövlət icbari şəxsi sığorta" altsisteminin əhatə dairəsi məhdudlaşdırıldı
- Arağın minimum qiymətinin müəyyənləşdirilməsinə dair ŞƏRTLƏR AÇIQLANDI
- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki qurumlar AÇIQLANDI
- Baş nazirdən benzin və dizellə bağlı MÜHÜM QƏRAR
- Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müəyyənləşib