Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

TDT ölkələri gömrük-sərhəd məntəqələrində qabaqcıl texnologiyalar tətbiq edəcəklər
Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Xidməti Rəhbərlərinin XI iclası Qazaxıstanda keçiriləcək.
Oxu.Az bildirir ki, belə bir razılaşma bu gün Bakıda keçirilən TDT-nin Gömrük Xidməti Rəhbərlərinin X iclasında əldə olunub.
İclasın dəqiq tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
Bakıda TDT hökumətləri arasında "Sadələşdirilmiş gömrük dəhlizi"nin yaradılması haqqında Sazişin həyata keçirilməsinə dair razılıq əldə olunub. Tərəflər Azərbaycanın təqdim etdiyi "Transxəzər Gömrük Tranzit Portalı"nın tətbiqini dəstəkləyiblər. Bu platformanın regionun tranzit potensialını artıracağı və ticarət iştirakçılarına əlverişli şərait yaradacağı vurğulanıb.
Gömrük-sərhəd məntəqələrində prosedurların sadələşdirilməsi üçün qabaqcıl texnologiyaların - "bir pəncərə" və "bir dayanacaq" sistemlərinin tətbiqi müzakirə edilib. Türkiyənin təcrübəsi əsasında üzv dövlətlər arasında təlim və sahə səfərlərinin təşkil olunacağına dair qərar qəbul olunub.
Üzv dövlətlərin tranzit tənzimləmələrində istifadə etdikləri müasir izləmə texnologiyalarının genişləndirilməsi də görüləcək işlər siyahısına daxil edilib.
Həmçinin, gömrük idarələri arasında Milli Səlahiyyətli İqtisadi Operator (SIO) proqramlarının uyğunlaşdırılması və qabaqcıl təcrübələrin bölüşülməsi məqsədilə əməkdaşlığın genişləndirilməsi qərara alınıb.
Eləcə də, 2025-ci ilin fevral ayında texniki işçi qrupun iclasının keçirilməsi nəzərdə tutulur. İşçi qrupa hədəfləri dəqiqləşdirmək və "İpək yol" layihəsi kontekstində "Karvansaray" layihəsi üçün növbəti addımlar planını hazırlamaq tapşırılıb.
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) gömrük xidməti rəhbərlərinin onuncu iclası keçirilir.
Oxu.Az xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan gömrük xidmətləri rəhbərlərinin qatıldığı iclasda BMT-nin, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının, Gürcüstan və Macarıstan gömrük xidmətlərinin nümayəndələri də iştirak edirlər.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının gömrük xidməti rəhbərlərinin doqquzuncu iclası 2023-cü ilin dekabrında Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilib.
Daha çox foto burada: PhotoStock.az
Aləmdə Nəsib
"Türk Dövlətləri Təşkilatı (TDT)" teqi üzrə xəbərlər
- "Haber Global": Türkmənistan qazının tədarükü Ankaranın TDT ilə münasibətlərini dərinləşdirəcək
- Hərbi ekspert Ankara bəyannaməsini şərh etdi: "Bu, Anadolunu Orta Asiyaya bağlayan vacib sənəddir"
- Ankara bəyannaməsi: Türk dünyası üçün yeni əməkdaşlıq mərhələsi
- Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda olacaq
- Bakıda TDT gömrük xidməti rəhbərlərinin onuncu iclasında bir sıra sənədlər imzalanıb