Milli Məclisin əməkdaşı Nazir Bayramova ağır itki üz verib.
"Qafqazinfo" xəbər verir ki, N.Bayramovun oğlu Emil Bayramov vaxtsız vəfat edib.
Onun hansı səbəbdən dünyasını dəyişməsi açıqlanmayıb.
Qeyd edək ki, N.Bayramov Milli Məclisin Aparat rəhbərinin xidmətində baş məsləhətçi vəzifəsində çalışır. O, daha əvvəl prokurorluq orqanlarında bir sıra vəzifələrdə, eləcə də baş prokurorun mühüm işlər üzrə köməkçisi vəzifəsində çalışıb. Üçüncü dərəcəli ədliyyə müşaviri olan Nazir Bayramov 2021-ci ilədək Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi olub.