Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakının azad edilməsinin 105 illiyi ilə əlaqədar “dəyirmi masa” keçirildi - FOTO
Sentyabrın 15-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Bakı şəhərinin azad edilməsinin 105 illiyinə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərindən, bu əlaqələrin uğurla inkişaf etməsindən, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsinin tarixi əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, qardaş ölkə istər torpaqlarımızın işğalda olduğu dövrdə, istərsə də 2020-ci ilin sentyabrın 27-dən başlayan və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı qələbəmiz ilə nəticələnən Vətən müharibəsində Azərbaycana mənəvi və siyasi dəstək göstərib.
Tədbir Bakı şəhərinin azad edilməsinin 105 illiyinə həsr olunmuş videoçarxın nümayiş olunması ilə başa çatıb.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Ermənistandan Azərbaycana qarşı daha bir təxribat: "Rəhbərlik gülünc bəhanələr gətirir"
- Nazirdən ŞAD XƏBƏR: Bakı və Sumqayıtda 500-dən çox hərbçi mənzillərlə təmin olunacaq
- Tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
- Prezident Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqləyib
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir