Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan saxlanılaraq Bakıya gətiriliblər - VİDEO
Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş “parlament sədri” David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Bakıya gətiriliblər.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin qələbə ilə bitməsindən sonra Üçtərəfli Bəyanata əsasən, həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edib.
Bundan sonra Azərbaycan özü qətiyyətli addımlar ataraq separatçıların bütün məkrli planlarını darmadağın edib.
Sentyabrın 19-da ordumuzun keçirdiyi lokal antiterror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq özünü buraxmağa məcbur edilib.

"Dövlət Təhlükəsizliyi Xidməti (DTX)" teqi üzrə xəbərlər
- Erməniəsilli şəxslər Vardanyanın məhkəməsində ifadə veriblər
- Erməniəsilli şahid: "Vardanyan yaşı 45-50-dək olan şəxslərdən ibarət muzdlu dəstələr yaradırdı"
- DTX-nin Qusar əməliyyatı - "Meşə qardaşları" barəsində YENİ QƏRAR
- Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə ilə bağlı YENİ İDDİALAR
- Dövlət Turizm Agentliyindəki həbslərin ŞOK PƏRDƏARXASI