Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Baş nazir: “Yaranmış tarixi fürsətdən istifadə regionda gözlənilən sülhə nail olmağa imkan verəcək” - VİDEO
Baş nazir Əli Əsədov Azərbaycanın regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi səylərinin davam etdirilməsi üzrə möhkəm qətiyyət nümayiş etdirdiyini bildirib.
“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Əli Əsədov dekabrın 18-də MDB Hökumət Başçıları Şurasının Moskvada keçirilən iclasında çıxışı zamanı deyib.
“Fürsətdən istifadə edərək, Azərbaycanın regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi səylərinin davam etdirilməsi üzrə möhkəm qətiyyətini bir daha ifadə etmək istəyirəm.
Bu yaxınlarda alınan müsbət siqnalları nəzərə alaraq, bu istiqamətdə konstruktiv dialoqun davam etdirilməsini son dərəcə mühüm hesab edirik. Yaranmış tarixi fürsətdən rasional istifadə edilməsi bizə regionda çoxdan gözlənilən sülhə nail olmağa imkan verəcək, regionumuzda bütün insanlara dinc və təhlükəsiz birgəyaşayış ümidləri bəxş edəcək”, - o vurğulayıb.

"Əli Əsədov" teqi üzrə xəbərlər
- Baş nazirdən sürücülük kursları ilə bağlı QƏRAR
- Azərbaycanda "Fövqəladə ehtiyatların nomenklaturası" təsdiq edilib
- "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiqləndi
- Əli Əsədov Belarusun yeni təyin olunan baş nazirini təbrik edib
- Baş nazirdən uşaq müəssisələrində göstərilən xidmətlərlə bağlı QƏRAR