Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Baş nazirin müavini: “Azərbaycan “yaşıl enerji”yə keçid üçün bütün lazımi tədbirləri görür” - FOTO/VİDEO
“Azərbaycan “yaşıl enerji”yə keçid üçün bütün lazımi tədbirləri görür”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl Transformasiya” konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan “yaşıl enerji”yə keçidə çox ciddi yanaşır:
“Bununla bağlı artıq bir çox tədbirlər həyata keçirilib və gələcəkdə bu istiqamətdə hələ daha çox işlər görülməlidir”.
O bildirib ki, Azərbaycan beynəlxalq layihələrdə, o cümlədən BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində həyata keçirilən layihələrdə iştirak edir.
PhotoStock.az-ın sözügedən konfrasdan hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox şəkil burada: Photostock.az
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- 2024: İlklər və uğurlar ili
- XİN: "Ermənistanla sazişin mətnində açıq qalan məsələlər ciddi şəkildə azalıb"
- Azərbaycan XİN Ermənistana qarşı beynəlxalq məhkəmələrdə mövcud vəziyyəti açıqlayıb
- Komissiya: "Ermənistan Xankəndi sakininin meyitini qəbul etməsə, Azərbaycanda dəfn ediləcək"
- Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edilib