Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Baş nazirin müavini Şahin Mustafayev səs verdi
Baş nazirin müavini Şahin Mustafayev növbədənkənar parlament seçkisində səsvermə hüququndan istifadə edib.
"Report" xəbər verir ki, o, 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 132 saylı uşaq bağçasında yerləşən 3 saylı seçki məntəqəsində səs verib.
Qeyd edək ki, seçki ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 08:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkisində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.