Belçika kralı Filipp 31 ölkədə yeni səfirlərin namizədliklərini təsdiqləyib.
Oxu.Az Belçika XİN-nin rəsmi saytına istinadən xəbər verir ki, səfir təyinatlarının aparıldığı ölkələr arasında Azərbaycan da var.
Belə ki, Belçikanın Azərbaycandakı yeni səfiri Bert Şufs olacaq.
Hazırda o, Belçika XİN-də siyasi planlaşdırma, münaqişələrin qarşısının alınması və sülhün möhkəmləndirilməsi üzrə müşavirdir.
Şufs bu vəzifədə hazırkı səfir Karin Petiti əvəzləyəcək.
O, öz vəzifəsinin icrasına yay aylarından başlayacaq.