Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Benita Ferrero-Valdner: "Ortamiqyaslı dövlətlər dünyada bələdçi rolunu oynayır"
"Ortamiqyaslı dövlətlər super gücə sahib olmasalar da, böyük güclərlə çoxtərəfli münasibət qurmaqları ilə seçilirlər"
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Avstriyanın sabiq xarici işlər naziri (2000-2004), Xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə sabiq Avropa Komissarı (2004-2009), Ticarət və Avropa qonşuluq siyasəti üzrə sabiq Avropa Komissarı (2009-2010) Benita Ferrero-Valdner deyib.
O bildirib ki, ortamiqyaslı gücə sahib dövlətlər beynəlxalq təşkilatlarda müxtəlif qlobal normalarla çıxış edirlər.
Onun fikrincə, ortamiqyaslı gücə sahib dövlətlər koalisiya qura bilər və lazım gələrsə, konkret olaraq hansısa dövlətə təsir göstərə bilərlər.
"Ortaq dəyərləri, sülhü, insan hüquqları kimi təməl dəyərlərə təşviq edən siyasətə sadiq olmalıyıq. Ortamiqyaslı dövlətlər dünyada bələdçi rolunu oynayır", - deyə o qeyd edib.
Aləmdə Nəsib
"XII Qlobal Bakı Forumu" teqi üzrə xəbərlər
- Jelka Tsviyanoviç: "Bosniya və Herseqovina hazırda böyük böhranla üzləşir"
- İşğaldan azad olunmuş səkkiz şəhərin Baş planı hazırdır
- Anar Quliyev: "Qarabağda insanlar münaqişənin dağıntılarından şəhərlər yaradırlar"
- Artis Pabriks: "Sülh prosesi Azərbaycan xalqını razı salacaqsa, bu, mükəmməl nəticədir"
- XİN: "Ermənistan Azərbaycanla sərhəddə üçüncü qüvvələrin olmamasını qəbul edib"