Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

BMT: "Azərbaycanla Ermənistan arasında müzakirələri alqışlayırıq"
"BMT Baş katibi Antoniu Quterreş Azərbaycan və Ermənistan arasında keçirilən müzakirələri alqışlayır".
Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında BMT baş katibinin mətbuat katibi Stefan Düjarrik deyib.
S.Düjarrik əlavə edib ki, baş katib Ermənistan və Azərbaycanın sülh sazişinin layihəsi üzərində danışıqların başa çatması ilə bağlı açıqlamaları təqdir edir: "O, tərəflərin münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş əldə etmələrindən məmnundur və regionda uzunmüddətli sülhün maraqlarına uyğun olaraq bütün həll olunmamış məsələlərin həlli üçün onların səylərini güclü şəkildə dəstəkləyir".
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Prinsipial mövqe və qətiyyət: Azərbaycan Şimali Kiprə bir daha dəstək verdi
- Yaşıl Gələcək Naminə: Ramil Abbasovun İctimai Siyasət və Maliyyə Sahəsində Yolu
- "Haber Global": "Azərbaycan KKTC-yə xəyanətə qarşı çıxdı"
- Abbas Abbasov: "Azərbaycan dekolonizasiya hərəkatının ikinci dalğasına rəhbərlik edir"
- BMT-də Azərbaycanın ev sahibliyi etdiyi beynəlxaq konfrans işini yekunlaşdırıb