BMT Baş katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejiminə əməl etməyə və zorakılıqdan çəkinməyə çağırıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi nümayəndəsinin yaydığı bəyanatda bildirilir.
“Pan Gi Mun bütün tərəfləri atəşkəs barədə sazişə hörmətlə yanaşmağa, zorakılıqdan çəkinməyə və gərginliyi dərhal aradan qaldırmağa, həmçinin, münaqişənin qısa zamanda və sülh yolu ilə həllinə nail olmaq üçün dialoqu davam etdirməyə çağırıb”, deyə sənəddə qeyd olunur.
Baş katib ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəklədiyini, münaqişə bölgəsində son günlər gərginliyin artması ilə əlaqədar narahatlıq keçirdiyini ifadə edib.