Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı Bakıda keçiriləcək
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) Bakıda keçiriləcək.
Bu barədə “Climate Home News” portalı iclasda iştirak edən öz mənbələrinə istinadla bildirib.
Məlumata görə, qərar artıq verilib.
Xatırladaq ki, Bolqarıstan tədbirə ev sahibliyi etmək üçün öz namizədliyini Azərbaycanın xeyrinə geri götürüb.
Bolqarıstanın ətraf mühit və su naziri Yulian Popov “Politico”ya bildirib ki, ölkə ötən cümə günü Ermənistanın COP29 sammitinə ev sahibliyi etmək üçün namizədliyini geri götürüb Azərbaycanı dəstəkləməsindən bir gün sonra onlar da öz ərizələrini geri götürmək barədə quruma məktub göndəriblər.
Qeyd edək ki, tədbir 24 noyabr 2024-cü il tarixində baş tutacaq.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- XİN: "Ermənistanla sazişin mətnində açıq qalan məsələlər ciddi şəkildə azalıb"
- Azərbaycan XİN Ermənistana qarşı beynəlxalq məhkəmələrdə mövcud vəziyyəti açıqlayıb
- Komissiya: "Ermənistan Xankəndi sakininin meyitini qəbul etməsə, Azərbaycanda dəfn ediləcək"
- Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edilib
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb