Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bolqarıstan parlamentinin sədri: “Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin “seçki”sindən narahatıq”
“Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “prezident seçkisi”ndən narahatıq. Bu “seçki” Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında bəyanatları ilə ziddiyyət təşkil edir”.
“Report” xəbər verir ki, bunları Bolqarıstan Milli Assambleyanın sədri Rosen Jelyazkov Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib.
O qeyd edib ki, 1945-ci ildən sonra yaradılmış dünya nizamında ərazi bütövlüyü əsas rol oynayan prinsipdir. Bu prinsipin pozulması asan həll oluna bilməyəcək konfliktlərin yaranmasına gətirib çıxarır.
Spiker bildirib ki, Azərbaycan və Bolqarıstan coğrafi baxımdan uzaq regionlarda yerləşsə də, bu regionlarda bənzər hadisələr baş verib. Hazırda mövcud olan vəziyyət sadəcə bəyanatların səsləndirilməsini deyil, uzunmüddətli sülhü təmin edəcək sazişin imzalanmasını tələb edir.
Davranışlar səsləndirilən bəyanatlara uyğun olmalıdır. O, ölkəsinin Azərbaycanın sülh planını dəstəklədiyini vurğulayaraq, ümid etdiyini bildirib ki, vasitəçilərin də iştirakı ilə aparılan danışıqlar nəticəsində tezliklə sülh sazişi imzalanacaq.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycan və BƏƏ arasında siyasi-iqtisadi dialoq yüksək səviyyədədir
- ABŞ və Ermənistan arasında imzalanacaq sənəd Tramp hakimiyyəti dövrünün arxivinə göndəriləcək?
- Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"
- Prezident müsahibəsində anti-Azərbaycan mövqeyində olanlara açıq mesajlar ünvanlayıb
- Qərbi azərbaycanlıların yurdlarına qayıtmaq istəyi Ermənistan rəhbərliyini qorxutmamalıdır