"VII çağırış Milli Məclisə seçki demokratik mühitdə, azad rəqabət şəraitində keçirilib".
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Quruluş Partiyasının (BQP) bəyanatında deyilir.
"İstər imzaların toplanması, istər seçki təbliğatı zamanı hansısa maneə ilə qarşılaşmayan partiya fəalları seçki prosesini rahat və təhlükəsiz şəkildə başa çatdırıb", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, partiyanın sədri Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsində liderdir.