Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Braziliya prezidenti İlham Əliyevi təbrik etdi
Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Zati-alinizi təbrik edirəm.
Ümidvaram ki, Braziliya və Azərbaycan arasında dostluq əlaqələri xalqlarımızın rifahı naminə beynəlxalq miqyasda da dərinləşməkdə davam edəcəkdir.
Fürsətdən istifadə edərək Azərbaycana bu il COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərimi çatdırıram.
Ölkələrimiz arasında əməkdaşlıq “Üçlük” - Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya çərçivəsində “1.5 dərəcə Selsi missiyası” istiqamətində xüsusilə aktual olacaqdır.
Cənab Prezident, Braziliya ilə Azərbaycan arasında münasibətlərin daha da yaxınlaşmasında maraqlı olduğumu bir daha bildirirəm. Sizə xoşbəxtlik, ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzu edirəm”.
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)" teqi üzrə xəbərlər
- Zelenski Rusiya-ABŞ danışıqlarından sonra Ər-Riyada getməkdən imtina edib
- Ən sürətli interneti olan ölkələrin adı açıqlanıb
- Mask ABŞ-ni başqa ölkələrin işlərinə qarışmamağa çağırdı
- İlon Maskın şirkəti Dubayda yeraltı tunellər şəbəkəsi quracaq
- Sülh və sabitlik hədəfləyən ortaq maraqlar: Azərbaycan və BƏƏ əməkdaşlığı uğurla inkişaf etdirilir